BMT TŞ-nin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı fövqəladə iclası keçiriləcək

Bu gün BMT TŞ-nin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı fövqəladə iclası keçiriləcək...

Bu barədə “Report”un yerli bürosuna BMT-nin Təhlükəsizlik Şurasının Siyasi Məsələlər Departamentindən bildirilib.

Qeyd olunub ki, iclasda müzakirələr açıq rejimdə aparılacaq və Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin və Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Margaryan çıxışları dinləniləcək.

İclas ABŞ vaxı ilə saat 10:00-da başlayacaq.

Xatırladaq ki, ötən gün BMT Təhlükəsizlik Şurası sərhəddəki vəziyyətlə bağlı qapalı iclas keçirib.

pia.az