Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər üçü uduzub

Azərbaycan cüdoçusu Turan Bayramov Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında qələbə qazanıb...

“Report”un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Bahadır Beratı (Türkiyə) ipponla məğlub edib. Onun 1/4 final finaldakı rəqibi Anton Kleynos (Polşa) olacaq.

Eyni çəkidəki Nizami İmranov 1/16 finalda Rikardu Piresə (Portuqaliya) qalib gəlsə də, növbəti görüşündə Tornike Maziaşviliyə (Gürcüstan) uduzub.

Qadınların yarışında 48 kq çəki dərəcəsində çıxış edən Könül Əliyeva 1/8 finalda Sila Ersinə (Türkiyə), 57 kq çəki dərəcəsində çıxış edən Səbinə Əliyeva 1/16 finalda Nino Tsiklauriyə (Gürcüstan) yenilib.

pia.az