Şəmkirdə 29 yaşlı kişi bıçaqlanıb

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub...

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Talış kəndində qeydə alınıb. Kənd sakini 1993-cü il təvəllüdlü E.Qarayev mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

pia.az