Londonda kraliça II Elizabetlə vida mərasimi keçirilir

Böyük Britaniya kraliçası II Elizabetlə ictimai vida mərasimi başlayıb...

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Vida mərasimi Londondakı Vestminster sarayında keçirilir.

Mərasimdə kral III Çarlz və monarxın digər övladları - şahzadə Anna, York hersoqu Endryu və Uesseks qrafı Edvard iştirak edirlər.

Parlamentin ən böyük və ən qədim zalı kraliçanın dəfn mərasimi günü - sentyabrın 19-u saat 09:30-a qədər açıq olacaq.

Xatırladaq ki, II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.

II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.

pia.az