Azərbaycan əhalisinin sayı açıqlanıb

Kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək qalıb...

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Bu barədə PİA.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 35243 nəfər və ya 0,3 faiz artaraq 2022-ci il avqust ayının 1-i vəziyyətinə 10191609 nəfərə çatıb. Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək qalıb.

pia.az