Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçilik təklif edib

Əgər Gürcüstan vasitəçi olsa, biz gərginliyin azaldılması üçün öz töhfəmizi verəcəyik...

Gürcüstan Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması istiqamətində vasitəçiliyini təklif edib.

“Report” xarici mediaya istinadən xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Gürcüstan vasitəçiliyə hazırdır:

“Biz bunda maraqlıyıq. Əgər Gürcüstan vasitəçi olsa, biz gərginliyin azaldılması üçün öz töhfəmizi verəcəyik”, - o, bildirib.

pia.az