Zaqatalada narkotik alverçiləri tutuldu

Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göyəm kənd sakini Sərvər Qandaxovdan 3,6 qram marixuana götürülüb
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitəni ona satmış Danaçı kənd sakini İbrahim Uğriyev, eləcə də İ.Uğriyevə narkotik vasitəni satmış həmkəndlisi Datuna Batiyaşvili tutulublar. D.Batiyaşvilinin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu, evindən isə 1 kiloqram 955 qram marixuana da aşkar edilib.