Lavrov və Mirzoyan telefonda danışıblar

Erməni nazir rusiyalı həmkarına Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib...

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

PİA.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, erməni nazir rusiyalı həmkarına Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

pia.az