Fərid Qayıbov: “Kamil Zeynallı özü çağırmışdı” - Video

F.Qayıbov fitnes məşqçisi Kamil Zeynallının idman zalına baxış keçirib...

Baku TV-də yayımlanan “Üzbəüz” verilişinin budəfəki buraxılışının qonağı gənclər və idman naziri Fərid Qayıbov olub.

Nazir idmançıları narahat edən problemlərdən, həyata keçirilən islahatlardan, nazirliyin fəaliyyətindəki çatışmazlıqlardan, gənclərlə görüşlərdə müzakirə edilən çətinliklərdən danışıb.

F.Qayıbov fitnes məşqçisi Kamil Zeynallının idman zalına baxış keçirməsindən də bəhs edib.

“Elə zalların sayının çox olmasını istəyərəm. Məni belə idman zallarının açılışına kim dəvət etsə, böyük məmnuniyyətlə gedərəm”, - deyə o qeyd edib.

Ətraflı verilişi təqdim edirik:

pia.az