Arda Turan karyerasını başa vurub

Arda Turan bu barədə sosial şəbəkə hesabından paylaşım edib...

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Arda Turan karyerasını başa vurub.

"Report"un məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

Türkiyə yığmasının sabiq üzvü "Arda Turanın vidası" adlı video yayımlayıb.

Qeyd edək ki, təcrübəli oyunçu İspaniyada "Atletiko" (Madrid) və "Barselona" klublarının da şərəfini qoruyub.

pia.az