İstehlaka yararsız ət və süd məhsulları məhv edilib

İstifadə müddəti bitmiş 17234.35 kq müxtəlif növ ət və süd məhsulları məhv edilib...

İstehlaka yararsız ət və süd məhsulları məhv edilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, “Qurman Plyus” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 17234.35 kq müxtəlif növ ət və süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirmə poliqonunda məhv edilib.

pia.az