Qərb cəbhəsi - Putin komandanı dəyişdi

Əks-hücumun nəticəsi...

Rusiya rəhbərliyi cəbhədəki yeni məğlubiyyətlərə cavab olaraq Silahlı Qüvvələrinin Qərb qruplaşmasının komandanlığını yenidən dəyişib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna SQ Baş kəşfiyyat idarəsi məlumat yayıb.

"RF Silahlı Qüvvələrinin qərb qruplaşmasının rəhbərliyi komandanlıqdan uzaqlaşdırılıb. Bu qərara səbəb Ukrayna Müdafiə Qüvvələrinin hücumu nəticəsində alınan sarsıdıcı məğlubiyyətlərdir", - məlumatda deyilir.

Gələn informasiyalara əsasən, “Mərkəz” ordu qruplaşmasına rəhbərlik edən general-leytenant Aleksandr Lapin qərargahı ilə Qərb cəbhəsinə təyin olunub. Yeni komandanlıq döyüşləri Luqanskdakı mərkəzdən idarə edəcək.

Aleksandr Lapin bu postda general-leytenant Roman Berdnikovu əvəz edib. O, 2022-ci il avqustun 26-da Qərb Hərbi Dairəsinin komandiri vəzifəsinə təyin edilmişdi.

pia.az