Premyer Liqa: "Sumqayıt" "Şamaxı" ilə heç-heçə edib
"Kapital Bank Arena"dakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb...
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ilk matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib.
"Kapital Bank Arena"dakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərində 3-cü dəqiqədə Almir Aqanspahiç, qonaqlarda isə 45-ci dəqiqədə Bahadur Həziyev fərqlənib.
Xallarının sayını 3-ə çatdıran "gənclik şəhəri" təmsilçisi 8-ci, 2 xala malik Şamaxı klubu isə 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" "Sabah"ı qəbul edəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Kəpəz"i 2:0, "Neftçi" səfərdə "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 2:1 hesabı ilə yenib.
pia.az