Tarkan 2 milyon insana konsert verdi - Foto

Türkiyənin meqastarı Tarkanın İzmir konserti baş tutub...

PİA.az xəbər verir ki, İzmirin düşmən işğalından azad edilməsinin 100-cü ildönümü bu şəhər başda olmaqla Türkiyədə coşğu ilə qeyd olunub. Məşhur sənətçi 9 sentyabr - İzmirin Qurtuluşu Günü çərçivəsində Gündoğdu Meydanında konsert verib.

Tədbir dünyanın ən çox tamaşaçı olan ilk 5 konsertindən biri olaraq tarixə düşüb. Belə ku, bu günə kimi olan ödənişli və ödənişsiz konsertlər arasında bu qədər tamaşaçı olmayıb. Tarkanı 2 milyondan çox insan izləməyə gəlib.

Konsertin keçirildiyi Gündoğdu Meydanının 1,5 milyon ilə 2 milyon arasında tamaşaçı tutumuna malik olduğu məlumdur. (axşam.az)

pia.az