“ABŞ verdiyi sözə əməl etməsə, Türkiyə Rusiyaya müraciət edəcək” - Ərdoğan

ABŞ dünyada hərbi təyyarə satan yeganə ölkə deyil...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ bu ölkənin hərbi hava qüvvələrinə F-16 qırıcıları tədarük etmək vədini yerinə yetirməsə, Türkiyə Rusiya kimi ölkələrə müraciət edə bilər.

PİA.az xəbər verir ki, bu barədə "CÜmhuriyyət" qəzeti yazır.

NATO üzvü Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə raketlərini aldıqdan sonra 40 ədəd "F-16 Blok 70 Viper" təyyarəsi və mövcud F-16 donanması üçün 80-ə qədər təkmilləşdirmə dəsti üçün müraciət edib. 2019-cu ildə Rusiyanın silahlarını aldıqdan sonra ABŞ Türkiyənin F-35 qırıcı təyyarəsinin hazırlanması və alınması proqramında iştirakına qadağa qoyacağını açıqlayıb.

“ABŞ dünyada hərbi təyyarə satan yeganə ölkə deyil. Böyük Britaniya, Fransa və Rusiya da onları satırlar. Onları başqa yerlərdə almaq imkanı var və başqaları bizə siqnal göndərir", – nəşr Türkiyə liderindən sitat gətirir.

Vaşinqton və Ankara keçən il başlayan “mübahisəni həll etmək üçün müzakirələr” də daxil olmaqla, döyüş təyyarəsi mübahisəsini həll etmək üçün danışıqlar aparırlar.(tns)

pia.az