Ukrayna Prezidenti Britaniyaya başsağlığı verib

Volodimir Zelenski Britaniyaya başsağlığı verib...

Ukrayna Prezidenti Vladimir Zelenski Kraliça II Elizabetin vəfatından dərin kədərləndiyini bildirib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, o bu barədə “Twitter“ səhifəsində bildirib.

“Ukrayna xalqı adından bu əvəzedilməz insanın itkisi ilə əlaqədar kraliyyət ailəsinə, bütün Böyük Britaniyaya və Birlik ölkələrinə dərin hüznlə başsağlığı veririk. Fikirlərimiz və dualarımız sizinlədir”, - deyə prezident qeyd edib.

pia.az