Böyük Britaniya kraliçası II Elizabet vəfat edib - Yenilənib

96 yaşlı Kraliça dünyasını dəyişib...

Böyük Britaniya kraliçası II Elizabet vəfat edib.

Səhhətində problem yaranan və bu gün vəziyyəti ağırlaşan monarxın 96 yaşı var idi.

O, Şotlandiyanın Balmoral qəsrində dünyasını dəyişib.

Məlumata görə, kraliçanın bütün ailə üzvləri onun yanında olub.

Kraliyyət ailəsindən verilən rəsmi məlumata görə, Böyük Britaniyanın yeni monarxı Kral Çarlz olacaq.

Kraliçanın ölümü ilə əlaqədar olaraq Britaniyada 10 günlük matəm elan oluub.

Bukingem sarayı üzərində dalğalanan dövlət bayrağı endirilib.

Həmçinin, ölüm xəbərindən sonra London birjasında da ticarət dayandırılıb.

***

Britaniya Kraliçası II Yelizaveta vəfat edib

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə Bukinqem sarayı məlumat yayıb. Bildirilib ki, 96 yaşlı Kraliça dünyasını dəyişib.

pia.az