Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Müvəqqəti xarakter daşıyan qadağa qərarı sentyabrın 19-dək hər bir ölkədə qüvvəyə minməlidir...

Rusiya idmançılarının Estoniya, Latviya, Litva və Polşaya girişinə qadağa qoyulub.

Bununla bağlı sözügedən ölkələr birgə bəyanat yayıblar.

Bildirilib ki, Polşa və Baltikyanı dövlətlər Rusiya vətəndaşlarının Şengen zonasına girişinə məhdudiyyətlər barədə razılığa gəliblər və bu, xüsusilə idmançılara aiddir.

Belə bir addımın ictimai asayiş və təhlükəsizliyin qorunması üçün atıldığı vurğulanıb.

Müvəqqəti xarakter daşıyan qadağa qərarı sentyabrın 19-dək hər bir ölkədə qüvvəyə minməlidir.

pia.az