Britaniya kraliçasının səhhətində problemlər yaranıb

II Elizabet hazırda Şotlandiyada Balmoral sarayındadır...

Bukingem sarayının həkimləri Böyük Britaniyanın kralıçası II Elizabetin sağlamlıq durumundan narahatdırlar.

“Report” xəbər verir ki, məlumatı BBC yayıb.

Bildirilib ki, həkim sentyabrın 8-də kraliçaya səhər baxışından sonra ona tibbi müşahidə altında qalmağı məsləhət görüblər.

Məlumata görə, həkimlər 96 yaşlı kraliçanın səhhətindən narahat olduqlarını bildiriblər.

Eyni zamanda Baş nazir Liz Tras deyib ki, bu xəbər bütün ölkə üçün dərin narahatlıq yaradacaq. Hökumət başçısı özünün və Böyük Britaniyada hər kəsin duasının Kraliça və ailəsinin yanında olduğunu vurğulayıb.

Qeyd edək ki, II Elizabet hazırda Şotlandiyada Balmoral sarayındadır. Oğlu şahzadə Çarlz da onunladır. Kembric hersoqu şahzadə Uilyam da Balmora yola düşüb.

pia.az