1 manatlıq taksilərin qiyməti 2 manat oldu - Video

Taksilərin qiyməti qalxdı...

Bakıda ənənəvi tıxaclar yenidən qeydə alınmağa başlayıb. Belə ki, şəhərin müxtəlif istiqamətlərində yenidən tıxacların yaranması müşahidə edilir.

Paytaxt küçələrində tıxacların yaşanması əhalinin tez-tez istifadə etdiyi "bir manatlıq" taksilərə də təsir göstərib.

Belə ki, bəzi taksi sürücüləri məhz tıxac vaxtlarında iki manat müqabilində xidmət göstərirlər. Bunu görən əksər vətəndaşlar isə məcburi qaydada ictimai nəqliyyatdan istifadə edirlər.

pia.az