Rusiya Avropa İttifaqına qarşı sanksiya tətbiq etdi

Rusiya Avropa İttifaqının yüksək səviyyəli hərbi rəhbərlərini persona non qrata elan edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında qeyd olunub.

Bundan əlavə, məhdudiyyətlər hüquq-mühafizə orqanlarının yüksək rütbəli əməkdaşlarına, eləcə də Ukraynaya arsenal tədarükü ilə məşğul olan silah və hərbi texnika istehsalı üzrə Avropa təşkilatlarının nümayəndələrinə şamil olunub.

XİN-dən bildirilib ki, Rusiyaya qarşı hər hansı qeyri-dost hərəkətlərə sərt cavab verəcək.

pia.az