Böyük Britaniya yeni hökumətini elan edib - Yenilənib

Bu barədə Baş nazirin dəftərxanası məlumat yayıb...

Britaniyada formalaşan yeni hökumət kabinetində müdafiə naziri Ben Uolles öz postunu saxlayıb.

APA xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin Ofisi məlumat yayıb.

Bildirilib ki, hazırkı müdafiə naziri Uolles yeni kabinetdə də müdafiə naziri postunu saxlayacaq.

***

Böyük Britaniyanın yeni xarici işlər naziri təyin olunub.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, Ceyms Kleverli Böyük Britaniyanın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi təyin olunub.

Qeyd edək ki, o, öncəki hökumət kabinetində təhsil naziri postunda idi.

***

Böyük Britaniyanın keçmiş əmək və pensiya naziri Teriz Koffi səhiyyə naziri və Baş nazirin müavini təyin edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanasının yaydığı məlumatda deyilir.

“Parlamentin hörmətli üzvü Dr Terese Koffi Səhiyyə və Sosial Məsələlər Naziri təyin edilib. O, eyni zamanda Baş nazirin müavini vəzifəsini də icra edəcək”, - xəbərdə deyilie.

O, bu vəzifədə Stiv Barklini əvəz edəcək.

Böyük Britaniyanın keçmiş biznes naziri Kvazi Kvartenq Maliyyə Nazirliyinin rəhbəri təyin olunub.

pia.az