Zakir Həsənovla Yaşar Güler müdafiə sərgisində silahlar barədə bir-birinə məlumat verdilər

Müdafiə sərgisi sentyabrın 8-də bitəcək...

Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler “ADEX” Beynəlxalq Müdafiə Sərgisində sərgilənən silahlarla tanış olublar.

Zakir Həsənov Yaşar Gülerə Azərbaycan Ordusunun istifadəsində olan silahlar barədə məlumat verib.

Yaşar Güler də öz növbəsində Türkiyə istehsalı olan texnikalar, uçuş aparatları, helikopterlər barədə Zakir Həsənovu məlumatlandırıb.

Qeyd edək ki, müdafiə sərgisi sentyabrın 8-də bitəcək.

pia.az