İranda zəlzələ olub

Zəlzələnin yerin 14 kilometr dərinliyində baş verdiyi qeyd edilib...

İranda zəlzələ baş verib.

Bu barədə Tehran Universiteti Seysmologiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, zəlzələnin episentri İranın cənubundakı Hörmüzqan vilayəti olub. 5,4 bal gücündə zəlzələ yerli vaxtla saat 13:44-də qeydə alınıb.

Zəlzələnin yerin 14 kilometr dərinliyində baş verdiyi qeyd edilib.

Can və ya mal itkisinin olub-olmadığı barədə hələlik məlumat yoxdur.(Haber Global)

pia.az