Azərbaycanın yeni şərti - Qarabağdan bütün iriçaplı silahlar çıxarılmalıdır

Ermənilərin iddialarına görə rəsmi Bakının bu tələbi Rusiya sülhməramlıları tərəfindən də müdafiə olunur...

Azərbaycanın Qarabağ bölgəsində sülhməramlıların müvəqqəti məsuliyyət zonasından bütün iriçaplı silahların çıxarılmalıdır.

PİA.az xəbər verir ki, bu, rəsmi Bakının Yeravanın və Rusiya sülhməramlılarının qarşısına qoyduğu yeni tələbdir.

Qeyd edək ki, bu bərədə məlumatı erməni teleqram kanalalrı yayıblar.

Ermənilər bildirir ki, rəsmi Bakının bu tələbi Rusiya sülhməramlıları tərəfindən də müdafiə olunur. Eyni tələblərlə Rusiya sülhməramlıları ermənilərin qarşısında çıxış ediblər.

pia.az