İsrailin müdafiə naziri orduya yeni baş qərargah rəisini təyin edib

İsrail Müdafiə Nazirliyi məlumat yayıb...

İsrailin müdafiə naziri Benni Qantz Herzi Halevini Baş Qərargah rəisi vəzifəsinə təyin edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Halevi 1985-ci ildən İsrail Müdafiə Qüvvələrində xidmət göstərir. 2009-cu ildə Baş Qərargahın Kəşfiyyat İdarəsinin Əməliyyat İdarəetmə Departamentinə rəhbərlik edib.

2014-cü ildə Ordu Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi təyin edilib.

2020-ci ildə isə Baş Qərargah rəisinin müavini vəzifəsinə təyinat alıb.

pia.az