Fələstində edam - 5 İsrail casusunu asdılar

Fələstin hökuməti İsraillə casusluq ittuhamı ilə 5 fələstinlini edam edib...

"Reuters" xəbər verir ki, bu barədə yerli Daxili İşlər Nazirliyi məlumat yayıb.

Müqəssirlərdən ikisi 2009-cu və 2015-ci illərdə İsrailin xeyrinə casusluqda ittiham olunub.

Sübh vaxtı asılma və ya güllələnmə ilə edamlar Fələstin ərazilərində 2017-ci ildən bəri ilkdir. Qəzzada ölüm hökmü ilə bağlı əvvəlki hallar insan haqları qruplarının tənqidinə səbəb olub.

Nazirliyin açıqlamasında cəza çəkənlərin tam adları göstərilməyib. Onlardan üçünün adam öldürməkdə təqsirli bilindiyi bildirilir.

Bəyanatda deyilir ki, 44 və 54 yaşlı iki məhkum edilmiş casus İsrailə fələstinlilərin öldürülməsinə səbəb olan məlumatları ötürüb.

pia.az