Azərbaycan Premyer Liqasında tura paytaxtda yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tur yekunlaşacaq...

Oxu.Az xəbər verir ki, sonuncu oyun günündə iki matç baş tutacaq.

Günün ilk oyununda “Sabah” “Səbail”i qəbul edəcək. Meydan sahibləri 12 xalla 2-ci, qonaqlar 4 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 15 dəfə üz-üzə gəlib. Bunların 7-də “Sabah”, 5-də “dənizçilər” qələbə qazanıb. Topları nisbətində də meydan sahibləri üstündür – 18:13.

Günün ikinci matçında “Zirə” “Qəbələ” ilə üz-üzə gələcək. Bölgə təmsilçisi 9 xalla 4-cü, paytaxt klubu 4 xalla 7-ci sıradadır. Bu, tərəflərin çempionatda 28-ci görüşü olacaq. Əvvəlki oyunların 9-da “qırmızı-qaralar”, 5-də “qartallar” meydanı 3 xalla tərk edib. Daha 13 oyunda isə tarazlıq pozulmayıb. Topların nisbətində “Qəbələ”nin üstünlüyü var - 32:22.

Azərbaycan Premyer LiqasıV tur4 sentyabr

18:00 “Sabah” – “Səbail”Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Kamran Bayramov, Cavid CəlilovHakim-inspektor: Orxan Məmmədov“Bank Respublika Arena”

20:30 “Zirə” – “Qəbələ”Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Kamranbəy RəhimovHakim-inspektor: Anar Salmanov“Dalğa Arena”

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Qarabağ” səfərdə “Kəpəz”i, “Turan Tovuz” “Şamaxı”nı eyni hesabla yenib - 1:0. “Neftçi” isə öz meydanında “Sumqayıt”ı darmadağın edib – 3:0. 

pia.az