Kolumbiyada polisin yoluna bomba düzdülər: Çox sayda əməkdaş həlak oldu

Partlayış nəticəsində səkkiz hüquq-mühafizə orqanı əməkdaşı həlak olub...

Kolumbiyanın Huila departamentində naməlum şəxslər polis maşınının yoluna bomba yerləşdiriblər.

Bu barədə ölkənin Prezidenti Qustavo Petro “Twitter” hesabında yazıb.

O, insidenti Kolumbiyada sülhün bərqərar edilməsi işinin “açıq-aşkar təxribatı” adlandırıb.

Bundan əvvəl Petro ölkədə fəaliyyət göstərən bütün silahlı qrupları zorakılıqdan əl çəkməyə və hökumətlə dialoqa başlamağa çağırıb.

pia.az