Sabirabadda 4 yaşlı uşaq suda boğuldu

Hadisə rayonunun Qasımbəyli kəndində qeydə alınıb
Sabirabad rayonunda 4 yaşlı uşaq suda boğulub.Hadisə Sabirabad rayonunun Qasımbəyli kəndində qeydə alınıb. Axşam saatlarında valideynlərinin gözündən yayınan Səid Umudov həyətdəki kiçik gölməçəyə düşərək boğulub.Valideynlərinin hadisədən xəbərləri olmasa da azyaşlının suda bolulduğundan ilk olaraq babası xəbər tutaraq uşağın meyitini sudan çıxarıb. Hazırda faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.(ans press)