Qorbaçov dəfn edilib

SSRİ-nin ilk və son prezidenti ailə məzarlığında dəfn edilib...

SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov Novodeviçye qəbiristanlığında dəfn edilib.

TASS-ın verdiyi xəbərə görə, o, ailə məzarlığında həyat yoldaşı, Raisa Qorbaçovanın yanında dəfn edilib.

Dəfndə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Moskva meri Sergey Sobyanin, xarici ölkələrin səfirləri iştirak edib.

pia.az