Elmar Məmmədyarov: “Ağılları çatırsa, ABŞ Administrasiyasının üzvləri Babayanla görüşməyəcəklər”

Sabiq nazirdən maraqlı açıqlama...

“İnanmıram ki, ABŞ hökuməti separatçıların “xarici işlər naziri” David Babayanı ABŞ-a dəvət edib. Babayan şəxsi qonaq qismində Amerika Ermənilərinin Milli Komitəsi (ANCA) tərəfindən ABŞ-a dəvət olunub. Babayanın Vaşinqtonda ABŞ Administrasiyasının üzvləri ilə rəsmi şəkildə görüşəcəyinə inanmıram. Nə istəsəniz ola bilər, amma ağılları çatırsa, görüşməyəcəklər”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Heç “Dağlıq Qarabağ”ın nümayəndələri normal vaxtlarda ABŞ-a gələndə kimsə onları qəbul etmirdi. Bəli, Babayan ABŞ Konqresində çıxış edə bilər. ABŞ-ın ermənipərəst konqresmenləri yəqin ki, Babayanla görüşəcəklər. Sonra ANCA-nın reklam şəkli ilə bunu hər yerdə yazacaqlar. Amma ABŞ Administrasiyasının üzvləri ilə rəsmi görüş keçiriləcəyinə inanmıram”, - E.Məmmədyarov qeyd edib.

pia.az