Paytaxtda sərnişin dolu avtobus aşdı - Yaralılar var, Foto

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib
Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb. 195 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu yük avtomobili ilə toqquşub və aşıb. Nəticədə 10-dan çox sərnişin xəsarət alıb. Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından bildirilib ki, qəza nəticəsində 15 nəfər yaralı Klinik Tibbi Mərkəzə aparılıb