İsa Qəmbərin müşaviri İqbal Ağazadəni məsxərəyə qoydu

Müsavat Partiyasının başqan müşaviri Mustafa Hacıbəyli Ümid Partiyasının sədri İqbal Ağazadəni məsxərəyə qoyub
Müşavir sosial şəbəkələrdə yazdığı statusunda "Ümid" sədrinin “savadsız olmasına" işarə edib: “İqbal Ağazadə siyasi savadını xeyli artırıb. O, əvvəllər “protest elektoratı” əvəzinə “proses elektoratı” deyirdi. Özünü çoxbilmiş sayan partiya sədri hətta opponetlərini maarifləndirmək istəyib, aləmi bir-birinə qatıb.  Və bu dəfə başqa bir əndrabadi ifadə işlədib - qorxu fobiyası. Bir 10 il də deputat olsa, yəqin "fobiya" sözünün elə qorxu mənası daşıdığını biləcək”.(teleqraf.com)