Puqaçovanın Solovyova cavabı: “Heyf səndən Volodya...”

Müğənninin Rusiyaya qayıtması Solovyovu qəzəbləndirib...

Rusiyalı müğənni Alla Puqaçova teleaparıcı Vladimir Solovyovun ifaçının Ukrayna hadisələrinə münasibət bildirməməsilə bağlı ittihamlarına cavab verib. Müğənni sosial şəbəkədə jurnalistin davranışına münasibət bildirib.

“Heyf Volodyadan. Axı qəzəbdən və ədəbzilikdən partlamaq olar”, - deyə Puqaçova yazıb.

Qeyd edək ki, müğənninin Rusiyaya qayıtması Solovyovu qəzəbləndirib.

“O, övladlarını məktəbə göndərmək üçün qayıdıb? Və ərinin nə daşıdığına diqqət yetirməyib, heç nə deməyib? Niyə gəlib? Pulu qurtarıb?” – deyə teleaparıcı hiddətlənib.

pia.az