Rəsmi: Neçə işsiz var?

Dövlət Statistika Komitəsi 2022-ci il avqustun 1-nə iqtisadi fəal əhalinin sayını 5 milyon 342,1 min nəfər göstərib

Hesabata görə, onların 5 milyon 34,3 min nəfəri məşğul əhali kimi rəsmiləşib. Bu, 307,8 min nəfər işsiz deməkdir.

“İşsizlikdən sığorta haqqında” qanuna əsasən, əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsi əsasları ilə xitam verilmiş, müddətli əmək müqaviləsi üzrə ən azı 2 il 6 ay fasiləsiz iş stajı olan şəxslər minimum əməkhaqqı qədər sığorta ödənişı alır. Dövlət orqanı və ya hüquqi şəxs ləğvi edildikdə, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə işsizlikdən sığorta ödənişi üçün azı 1 il sığorta stajı tələb olunur və ödəniş işçinin itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.

pia.az