Qəbələdə meşəyə yaxın ərazidə yanğın baş verib

Qəbələ rayonunun Vəndam kəndi ərazisində, meşə ilə sərhəddəki bələdiyyə torpağında yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova PİA.az-a bildirib ki, hazırda ETSN-in bütün yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən yanğının söndürülməsi və meşəyə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

pia.az