“Avropa İttifaqı qaz anbarlarını vaxtından əvvəl doldurub” - Ursula fon der Lyayen

“Avropa İttifaqı qaz anbarlarının doldurulması məqsədinə vaxtından iki ay əvvəl nail olub”.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tvitter hesabında yazıb.

“Avropa İttifaqı səviyyəsində biz mənbələri şaxələndiririk, enerjiyə qənaət edirik. Qaz anbarımız artıq 80% doludur. Ancaq Rusiyanın yanacaqlarından asılılığımızı azaltmaq üçün bərpa olunan enerji mənbələrinə ehtiyacımız var ”, Ursula fon der Lyayen tvitterdə bildirib.

pia.az