Bakıda kilometrlərcə uzanan tıxac yarandı - Video

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi artıq bir neçə gündür ki, paytaxt yollarında təmir işləri aparır.

Agentliyin gördüyü təmir işləri Bakıda nəqliyyat vasitələrinin hərəkətini iflic edib.

“Ölkə.az” xəbər verir ki, Bakı-Sumqayıt yolunun 20 yanvar metrosuna qədər olan hissəsində kilometrlərcə uzanan tıxac yaranıb. Təcili yardım maşınları da tıxacda qalıb.

pia.az