Bağdadda İran bayrağı yandırıldı

Bu gün etirazçılar habelə Bağdadda iranlı general Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndisin banerlərini qopararaq onlara od vurublar...

PİA.az xəbər verir ki, İraqda Müqtəda əs-Sədr tərəfdarlarının nümayişləri davam edir.

Bu gün İrana bağlı qüvvələrin nümayişçilərə atəş açması nəticəsində onlarla insanın ölümündən sonra Sədr tərəfdarları İran İslam Respublikasının bayrağını yandırıblar.

Qeyd edək ki, bu gün etirazçılar habelə Bağdadda iranlı general Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndisin banerlərini qopararaq onlara od vurublar.

pia.az