BQXK-nın Azərbaycandakı yeni nümayəndəsi vəzifəsinin icrasına başlayıb

Draqana Kojiç vəzifəsinin icrasına başlayıb...

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Draqana Kojiç vəzifəsinin icrasına başlayıb.

Bu barədə “Report” qurumun Azərbaycandakı Nümayəndəliyindən məlumat əldə edib.

Qeyd edək ki, D.Kojiç bu postda Azərbaycanda səlahiyyət müddəti başa çatan Arian Baueri əvəzləyib. O, bundan əvvəl BQXK-nın Pakistandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.

pia.az