"Dostluqların dağılmasına “zəhrimar pul” səbəb oldu"

Estrada musiqisinin özülünü Aygünlə mən qoyduq

Xalq artisti Faiq Ağayev keçmişdə şou-biznes aləmindəki dostluqlardan danışıb.

Pİa.az axşam.az-a istinadən bildirir ki, "Söz baz" verilişində qonaq olan sənətçi münasibətlərin pozulmasının səbəbini açıqlayıb:

"Ona "zəhrimar pul" səbəb oldu. Kim daha çox qazanacaq, toyda kim çox oxuyacaq. Təmənna olan yerdə dostluq olmur. O illərdən çox az adam deyə bilər ki, sənət aləmindən mənim dostum qalıb. Böyük sevgi, həsrətlə "Bakı payızı - 88"i xatırlayıram. Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Samir Bağırov, Arzu Rzayev, Sevil Hacıyeva, İlqar Xəyal... Kulisdə biri-birimizə azarkeşlik edirdik, dəstək olurduq. Sanki ortada birincilik məsələsi yoxdur, yarışmırıq, biri-birimizə kömək edirik. Daha sonra təbii ki, illər keçdikcə cavanlığın saflığı silinməyə başlayır. Estrada musiqisinin özülünü Aygünlə mən qoyduq. Daha sonra digərləri bizim açdığımız yolla rahat gedə bildilər".

pia.az