Rusiyada dövlət çevrilişinə cəhd oldu

Rusiya Prezidenti Vladimir Putinin rejimi çevriliş nəticəsində devrilə bilər.

Demokrat.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı müxalifətçi və publisist Andrey Piontkovski deyib. "Keçən həftə Rusiyada daxili çevrilişə cəhd oldu, bunu çox az adam fərq etdi. Onun ilhamçısı qeyri-rəsmi ultrafaşist partiyadır, yəni Aleksandr Duqindir. Putini ifşa edən Qirkin isə son verilişlərdə Putini asmağı belə tələb etdi. Əslində dövlət çevrilişinə cəhd olub”, - müxalifətçi vurğulayıb.

Politoloqun fikrincə, Putini daxili etirazlarla devirmək olar:

"Nüvə silahına sahib olan suveren dövlətə qarşı hərbi təcavüz çox təhlükəli qumar oyunudur. Düşünürəm ki, Qərb liderləri arasında ən qaynar başlar belə bunu başa düşür".

pia.az