Qubad İbadoğlunun statusu və ermənilərin marağı...

Laçınla bağlı ADR sədrinin statusu ermənilər arasında marağa səbəb olub...

Azərbaycan Demokratiya və Rifah Partiyasının lideri, iqtisadçı alim Qubad İbadoğlu sensasiya sayılacaq iddia ilə çıxış edib.

Yenipress.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb:

“Azərbaycan rəsmilərindən Laçın yolunun çəkilişinə sərf olunan büdcəni, Laçından çıxarılan ermənilərə ödədiyi təzminat məbləğlərini açıqlamağı, şəffaf və hesabatlı olmağı tələb edir, Qarabağda korrupsiyaya son qoymağa çağırıram!”

Qeyd edək ki, onun bu paylaşımı dərhal erməni sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Erməni jurnalist Roman Baqdasaryan Q.İbadoğlunun paylaşımını skrin edərək, rusca oxucuları ilə bölüşüb.

Belə bir iddia sosial şəbəkədə yayıldıqdan sonra bir sıra siyasi fəallar, o cümlədən politoloq Nazim Cəfərsoy da məsələyə reaksiya verib.

“Azərbaycan dövləti xüsusilə Zabuxda evləri salamat vermək qarşılığında ermənilərə kompensasiya ödəyib? Ümid edirəm ki, bu iddia yalandır! Əgər həqiqətən belə bir şey edilibsə, bu, hər mənada çox ciddi yanlışdır!” – o yazıb.

Qeyd edək ki, iddia ilə bağlı rəsmi açıqlama yoxdur.

pia.az