Bakıda müxtəlif obyektlərdə baş verən yanğınlar söndürülüb

Fövqəladə Hallar Nazirliyinin xəbərinə görə, Xəzər rayonunda bir dam altında tikilmiş, ümumi sahəsi 600 m² olan müxtəlif təyinatlı obyektlərin dam örtüyünün yanar konstruksiyaları 27 m² sahədə və yaxınlıqda 5 ədəd şam ağacı yanıb. Obyektlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

pia.az