"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti qələbəsini qazanıb

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, "qırmızı şeytan"lar IV turda "Sautgempton"un qonağı olub.

Qarşılaşma Mançester təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Qonaqların yeganə qolunu 55-ci dəqiqədə Brunu Fernandeş vurub.

Xallarının sayını 6-ya yüksəldən "Mançester Yunayted" hələlik 6-cı pillədə qərarlaşıb. Meydan sahibləri isə 3 xalla 13-cü sıradadır.

pia.az