Hər gün yeməli olduğunuz 3 vacib meyvə

Hər bir insan gündə öz ovcu qədər meyvə yeməlidir

Bu 1-2 meyvə ola bilər.

"Medicina" xəbər verir ki, həkim diyetoloq İrina Stroqaya hər gün yeyilməsi vacib olan əsas meyvələri açıqlayıb.

"Bütün meyvələr faydalıdır fikri yanlışdır. Hər meyvə insan, xüsusən artıq konkret xəstəliyi olan insan üçün faydalı olmaya bilər.Amma elə meyvələr var ki, onlar mütləq rasionda olamlıdır.

Bunlar papaya, avokado, zeytun, limon, nar, alma, qreypfrutdur.

Papaya sutkalıq C vitamini ilə zəngindir, onda həzm fermenti var.

Zeytun və avokado bədən üçüb ən vacib yağlara malikdir.

Limon, laym isə K vitamini, kaliylə zəngindir. Onlar qanı duruldur.

Nar isə güclü antioksidantdır. Qanı artırır, immun sistemi artırır, şiş hüceyrələrinə qarşıdır. Hər gün bunlardan 2-ni seçərək, hərəsindən 1 ədəd yemək lazımdır".

pia.az