"Tanrım, bircə gecələrin uzundu..." - Paşa Talıblı

Əlahəzrət sual...

...hardan gəlirik, yahu,hara gedirik belə?...gecikdik ya tez oldu-hara gedirik belə?

...boz qayanın çopuru,uzun yolun çaparıbizi hara aparır,hara gedirik belə?

...daş kimi dolumuzla,qaramız - alımızla-Yahu, öz yolumuzlahara gedirik belə?

Hara desən yoz indi...

...nə olsun ki, ömür də bir nağıldı,nə olsun ki, nağıllarda dev vardı....bu dünyanın bir küncündə bir yerdi- mənəm bir də betondan dörd divardı!

...kəcavədə xan qızıdı gecələr!...qəflə-qatır tərpəndimi - köç olar!...soruşursan: nə var nə yox, necəsən?Adam belə bir gecədə necolar?

...xəlvət gördüm suları da bu gecə!Hara desən, necə desən yoz indi!...Tanrım, sağ ol, hər şey xoşdu, gözəldi,Tanrım, bircə gecələrin uzundu!

Nihilistin çevrəsi...

...görən, kiməm təkliyimdəya nəyəm, nəyin nəsiyəm?...keçmişin təzəsi olmur,yəqin yenə köhnəsiyəm!

...nə gəzirəm bədənimdə -bu yorğun kimsəsiz canda?...belə çıxır ki, heç yoxam!Yoxdu canda həyacan da...

...tək qalacağam demişdim,demişdim amma nə olsun!Amma nə olsun demişdim...Bu sözdə hardadı ovsun?

Amma nə olsun demişdim......nə işə üzrxahlıq keçir!...hər gün mənə yaxın yerdənbir tənha uzaqlıq keçir!

Fəxri Xiyaban...

...nə qədər yer desən - Allahın altda!...səhra uzununda, düz enində, bax!...Mövlam tərəfindən ismarlanmışam,diriyəm həmişə söz önündə, bax!

Mənəm - ayağı cüt, izləritək-tək!Yoxuşum boydadı enişim mənim....təkkə türbəsidi, şah məzarıdı -baş xiyabanlarda nə işim mənim!

Mənim də dünyada öz ölümüm var!...gecə qəmərinə, gündüz oduna!...Fəxri Xiyabanda nə işim mənim,gömülüm bir tənha ulduz altına!

Hamı üzü yuxarıya...

...gərək elə nəsə yazım?Yazısız oxunsam necə?...gülü görüb keçmək varmıya gülə toxunsam necə?

Hansı feyzdəndi - bilmirəm!...gecə dönmək yalquzağa....çöllənsə getdiyim hər yer,getmək, getmək ən uzağa!

...sirli bir səs eşidincəbaxmaz dama, buxarıya....üzü yuxarıya baxarhamı, üzü yuxarıya!

Hər şey yuxarıda, hər şey!...köçümüz sirr örtüyündə....göylərdə hilal görünər,nə var cəllad kötüyündə?

***(Qolları qələmtək kitabçıların..)İbrahimxəlil

Poeziya ümmətinin oğluyam...Axır-əvvəl ümmətimi dərk etdim!Ümmətçiyə nə fəlsəfə nə zad, eh!Çox fəlsəfi doğmaları tərk etdim...

Bir də burda fəlsəfəlik nə var ki...Mən də belə: fəlsəfəmə lüt dedim!...Xanəgahda xan deyənlər yalanmış!Yalançının imanını it yedi...

...çox fəlsəfi doğmaları tərk etdim!...doğmalaşmır atəşlərdə yanmaqla....ümmətimə bağışladı cəllad daqələm bilib "qollarımı yonmaqla".

Günəşin kədəri...

...ya qandan, qırmızılıqdanya bir nəsnəyə təşnədən;bir də var var olmaq, yavrum,lap elə belə, heç nədən!

...bir də var yox olmaq, yavrum!...yorğa yoxuşa yoluxmaq!...qalxan küləyə qoşulmaq,yağan yağışa yoluxmaq!

...bir də var, hələ beş də var!...görəsən, kimlik, nəlikdi?...nə var olmaq bir təzəlik,nə yox olmaq köhnəlikdi!

...bir də var sən, mən...hamımız!...peyğəmbərçiçəyi sanı....gecəni ha çək üstünə!Çəkirsən elə uzanır...

Dilsizlik cəlladı...

...bu bilmədiyim də neçənci dildi,neçəncidi?..saydım bir-bir bəzən mən!Gözü üzümdədi dilsiz daşın da...İlahi, nə qədər dilbilməzəm mən!

..əlli yaş nədi ki - yüzün yarısı!Əllinin ili az, yüzün ili çox......bu şeri nə dildə yazım ki, qalsın -eh, mənim sözüm yox, sözün dili çox!

...tövbə qapıları, könül qapısıbir dil qapısı da yoxdu - döyəsən!...İlahi, gör necə dilbilməzəm mən!Məni bu dilsizlik yıxdı deyəsən...

Paşa Talıblı

pia.az