Müasir Müsavat Partiyası Mehriban xanımı təbrik etdi

Təbrikdə deyilir: 

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, eyni zamanda partiyanın siyasi şura üzvləri,rayon təşkilatları Mehriban xanımı ürəkdən təbrik edir. Ona sağlamlıq və şərəfli ömür yolunda böyük uğurlar arzu edirik!

Mehriban Əliyeva xalqın taleyini öz taleyində yaşayan bir xanımdır. Çünki, o vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət edən biridir. Mehriban xanımın fəaliyyətinin mahiyyətində mərhəmət və ülvülik hissi dayanır. Hər bir zaman bu hisslərlə birgə xalqının yanında olmaq arzusuyla Birinci vitse-prezident i təbrik edirik.

pia.az