Əli Əsədov Belarusun Baş naziri ilə görüşüb

Baş nazir Əli Əsədov avqustun 25-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Çolpon-Ata şəhərində Belarus Respublikasının Baş naziri Roman Qolovçenko ilə görüşüb.

Nazirlər Kabinetindən PİA.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

pia.az